Saatlarla, bəzən də günlərlə davam edən imtahan yoxlanması prosesindən azad olan əməkdaşlar artıq zamanlarını şirkətin inkişafına sərf edə biləcəklər.
Xidmətdən faydalanmaqla əlavə heç bir ödəniş etmədən şagirdlər/tələbələr imtahan nəticələrini təqdim etdiyimiz portal üzərindən iş nömrəsi ilə öyrənə biləcəklər.
Uzun və yorucu nəticələrin yoxlanması prosesi aradan qalxacaq və 24-72 saat ərzində nəticələriniz həm fayl şəklində (excel, pdf) sizə göndəriləcək, həm də iş nömrəsi ilə öyrənmək üçün portalda olacaq.
Yüksək dəqiqliklə və səliqəli dizaynda hazırlanmış cavab kartları imtahanların ciddiyyətini və nəticələrin dəqiqliyini maksimum artırmış olacaq.
Xüsusi olaraq sizin mərkəz üçün hazırlanacaq yüksək keyfiyyətli cavab kartları ilə imtahanların yoxlanılması həyata keçirilir. Yoxlama müasir optik oxuyucu cihazla həyata keçirildiyi üçün nəticələr maksimum dəqiq əldə edilir.
Cavab kartları hazırlanan zaman optik oxuyucunun standartlarına uyğun ölçülərin gözlənilməsi vacibdir. Əks halda nəticələrdə səhvlərin olması qaçınılmaz olacaqdır.
Optik oxuyucular üçün cavab kartlarının dəqiq ölçülərlə hazırlanması ilə yanaşı, bir o qədər də əhəmiyyət kəsb edən onun doğru ölçülərlə çap edilməsidir. Tədris mərkəzlərinin ən çox qarşılaşdığı problemlərdən biri də məhz doğru çap edilməyən cavab kartları olur.
İmtahan kitabçalarının çapı xidmətindən yararlanaraq siz yüksək keyfiyyət, büdcənizə və vaxtınıza qənaət əldə edə bilərsiniz. Çap xidmətlərimizə A4 və A3 ölçüdə kitabçaların çapı daxildir. Sifarişdən asılı olaraq kitabçaların rəngli və ya ağ-qara formada çapı mümkündür.
Əlavə olaraq, istəyə əsasən çap edilmiş məhsulların kitabçalar şəklində tikilməsi də həyata keçirilməkdədir.
Abituriyentlərin, subbakalavrların, bakalavrların və magistrların ixtisas seçimlərinin yüksək səviyyədə həyata keçirilməsi, həmçinin qəbul prosesindən sonra portalda qeydiyyatın aparılması.
İxtisaslar haqqında ətraflı məlumatın verilməsi, cari və gələcək perspektivlərinin müzakirəsi, şagirdin/tələbənin istək və bacarıqlarına uyğun seçiminin aparılması.