Məxfilik Siyasəti

Ümumi müddəalar

Bu Məxfilik Siyasəti Fərdi Sahibkar Hüseyinli Davud Fərrux oğlu (VÖEN: 3000994162, "İmtahan Mərkəzi") tərəfindən idarə olunan "imtahanmarkazi.az" veb-saytı (bundan sonra "Sayt") üçün istifadəçilərin fərdi məlumatlarının toplanması, istifadəsi və qorunması qaydalarını tənzimləyir.

Toplanan fərdi məlumatlar

Xidmətlərimizdən istifadə edərkən, məsələn, online sınaqlarda iştirak edərkən yalnız aşağıdakı zəruri məlumatlar toplanılır:

Ödəniş məlumatlarının təhlükəsizliyi

Biz istifadəçilərin kredit və ya debet kartı məlumatlarını toplamırıq və öz serverlərimizdə saxlamırıq. Sayt üzərindən edilən bütün maliyyə əməliyyatları tamamilə təhlükəsiz şəkildə partnyorlarımız olan E-point və PulPal ödəniş sistemləri tərəfindən həyata keçirilir.

Çərəzlər (Cookies) və Analitika

"imtahanmarkazi.az" veb-saytı istifadəçiləri izləmək üçün heç bir kənar analitika alətindən (məsələn, Google Analytics) və ya çərəz (cookie) texnologiyasından istifadə etmir.

Əlaqə

Fərdi məlumatların qorunması, dəyişdirilməsi və ya silinməsi ilə bağlı hər hansı bir sual, təklif və ya şikayətlərinizi aşağıdakı e-poçt ünvanına göndərə bilərsiniz: