Bizimlə əməkdaşlıq sizə nə qazandırır?

Öz brendinizi qoruyaraq, ən yüksək səviyyədə imtahan sistemi əldə edirsiniz. Həmçinin nəticələrin il ərzində sistemdə saxlanılması ilə şagirdlərənizə özlərində olan irəliləyişi aylar üzrə müqayisə etmək imkanı vermiş olursunuz.

Daha ətraflı

Online imtahan platforması

Bu platformada müxtəlif imtahan modelləri əsasında imtahanlar hazırlanmışdır. Bu imtahanlarda iştirak etməklə biliklərinizi sınaqdan keçirə bilərsiniz.

Online imtahan ver

Ofis və məktəb ləvazimatları

Bu bölmədə müraciətlər nəzərə alınaraq məktəbdə və ofisdə aktiv istifadə olunan müxtəlif məhsulların onlayn satışı həyata keçirilir. Burada siz mövcud məhsularla tanış ola, həmçinin sifariş edə bilərsiniz.

Ətralı məlumat

İmtahanlarınızın peşəkar şəkildə yoxlanmasını istəyirsiniz?

Elə isə tam doğru ünvandasınız!

HAQQIMIZDA

İmtahan Mərkəzi - Sizin imtahan bələdçiniz

Biz İmtahan Mərkəzi olaraq həm ofline, həm də online imtahanların yüksək səviyyədə təşkilini həyata keçirməkdəyik. Prosesin təşkilində birbaşa sizin brendinizə istinad olunur, yəni, nəticə vərəqlərində ancaq sizin mərkəzin loqosu dərc edilir.

  • Ofline imtahanların yoxlanması ən son texnologiyalara əsasən təşkil edilir və şagirdlərə nəticə vərəqləri ilə yanaşı cavab kartlarının qrafik təsvirini də görmək imkanı yaradılmışdır.
  • Bundan başqa situasiya suallarının yoxlanılması üçün xüsusi sistem yaradılmışdır ki, artıq istənilən məkandan situasiya suallarının qiymətləndirməsini həyata keçirmək mümkündür.
  • Online imtahan platformamızda da ofline imtahanda olduğu kimi sizin brendiniz ön planda olmaqla imtahanların təşkili həyata keçirilir. Online imtahanda da iştirak edən şagirdlərin statistik məlumatları excel file şəklində təqdim edilir.

Həmçinin, imtahan kitabçalarının çapı xidmətimiz də vardır ki, bu xidmət çərçivəsində sadəcə pdf file göndərməklə A3 formatlı (rəngli/ağ-qara) hazır (tikilmiş və qatlanmış) kitabçalar əldə edə bilərsiniz.

İmtahan modelləri

Məmnun tərəfdaşlar

Uğurlu imtahanlar

Uğurlu imtahan verənlər

Buraxılış və blok imtahanlarında situasiya suallarının yoxlanması sistemi necə təşkil edilir?

Situasiya suallarının yoxlanması həm maksimum diqqət tələb edən, həm də kifayət qədər zaman tələbi olan bir prosesdir. Bu sualların yoxlanılması böyük imtahanlarda bir neçə saata yox bəzən bir neçə gün davam edir. Bu prosesdə rahatlığın təmin edilməsi üçün aşağıdakı imkanlar yaradılmışdır.

Online portal

İstənilən məkandan sistemə daxil olaraq şagirdlərin həm cavab kartına baxmaq, həm də müvafiq qiymətləri bu sistem vasitəsi ilə qeyd etmək imkanı

Multi-user sistemi

Eyni vaxtda istənilən sayda müəllim daxil olaraq qısa vaxtda yoxlamanı həyata keçirmə imkanı

Təkrar düzəliş

Daxil edilmiş qiymətləndirmədə təkrar yoxlama zamanı nöqsan aşkar edilərsə, yerindəcə dəyişdirmə imkanı

Fərdi pəncərə

Hər hansı bir fənn müəllimi sistemdə öz fənnini seçdikdə, açılan pəncərədə yalnız öz fənni üzrə situasiya suallarının qiymətləndirmə bölməsini görəcək

Xidmətlərimiz

Fəaliyyət istiqamətlərimiz üzrə xidmətlərimizlə aşağıdakı bölmədə tanış ola bilərsiniz

İmtahanların yoxlanılması

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi imtahan modellərinə uyğun bir çox imtahanların yoxlanılması prosesi həyata keçirilməkdədir. Bundan başqa fərqli imtahan növləri olarsa, həmin imtahanlar üzrə də yoxlama prosesinin qurulması mümkündür.

İmtahan kitabçalarının çapı

İmtahanlarınız üçün yüksək keyfiyyətli A3 formatlı kitabçaların hazırlanması. Bu xidmətimizdən yararlanmaqla siz sadəcə pdf faylı göndərməklə hazır imtahan kitabçaları əldə etmiş olursunuz. Kitabçalar istər rəngli, istərsə də ağ-qara formatda çap oluna bilər.

Cavab kartı çapı

Cavab kartlarının dəqiq çapı imtahanların doğru yoxlanılmasında mühüm əhəmiyyətə malikdir. Xüsusi ilə optik oxuyucu cihazlarda istifadə olunan cavab kağızlarında dəqiq ölçülərlə çapı mütləq vacibdir. Bu xidmət çərçivəsində 80, 100, 120 qram kağızlarda dəqiq ölçülərlə yüksək keyfiyyətli çap həyata keçirilməkdədir.

İmtahan yoxlama sistemi

Hazırda tələb olunan ən yüksək standartlar səviyyəsində imtahan sisteminin qurulması və sistemi tam mənimsəyənədək təlim dəstəyinin göstərilməsi də xidmətlərimiz sırasındadır. Sistemin qurulması üçün həm proqram təminatının, həm də texniki vasitələrin təşkili tərəfimizdən həyata keçirilməkdədir.

Cavab kartlarının hazırlanması

İstər sadə formatlı əl ilə yoxlama edilmək üçün, istərsə də optik oxuyucu cihazlarda istifadə olunacaq yüksək dəqiqliyi olan cavab kartlarının hazırlanaraq pdf fayl şəklində təqdim edilməsi mümkündür.

Online imtahanlar

Müasir sistemlər əsasında hazırlanmış online imtahan platformamızda hazırlanacaq imtahanlarda birbaşa sifarişçinin brendinə istinad edilir. Belə ki, istər imtahana başlayan prosesdə, istərsə də imtahan davam edən və imtahan başa çatan prosesdə sadəcə sizin mərkəzin məlumatları öz əksini tapır.

İmtahan modelləri

Dövlət İmtahan Mərkəzinin imtahan modelləri əsasında hazırlanmış imtahan cavab kartları

Buraxılış IX, X, XI

Buraxılış IX, X və XI imtahan modelləri aşağıdakı əsas xüsusiyyətləri əhatə edir

Format və struktur: Modellər DİM-in standartları əsasında, A3 formatında hazırlanmışdır.

Rəqəmsal qiymətləndirmə Sistemi: Xüsusi onlayn platforma vasitəsilə müəllimlər şagirdin yazı işlərini istənilən yerdən (evdən, məktəbdən) smartfon, planşet və ya kompüter ilə asanlıqla yoxlaya bilirlər.

Şagirdlər üçün şəffaflıq: Şagirdlər yalnız düzgün cavabları deyil, həm də "yazı işləri" bölməsində öz yazı işlərini də görə bilirlər. Bu, onlara öz səhvlərini anlamaq və gələcək hazırlıq üçün dəyərli nəticələr çıxarmaq imkanı yaradır.

Faydalar: Ümumilikdə rəqəmsal sistem qiymətləndirmə prosesini sürətləndirir, müəllimlər üçün vaxt və məkan məhdudiyyəti aradan qaldırılır, həm müəllim, həm də şagird üçün qiymətləndirmə meyarları tam şəffafdır.

Universal

Universal imtahan modeli aşağıdakı əsas xüsusiyyətləri əhatə edir

Universal imtahan modeli, əsasən 120 suala qədər qapalı test formatında imtahanlar təşkil etmək üçün nəzərdə tutulmuşdur. Bu layihə, təkmilləşdirmə, liseyə qəbul, olimpiadalar və müxtəlif bilik yarışları kimi imtahanlar üçün xüsusi olaraq uyğunlaşdırılıb. Bu modelin əsas üstünlüklərindən biri, şagirdlərə təkcə ümumi nəticə vərəqini deyil, həm də öz cavab kartlarının qrafik təsvirini görə bilmə imkanını verməsidir. Bu vizual göstərici, şagirdin hər bir suala verdiyi cavabı və düzgün variantı aydın şəkildə müqayisə etməsinə imkan verir.

Magistratura

Magistratura imtahan modeli aşağıdakı əsas xüsusiyyətləri əhatə edir

Magistr imtahan modeli DİM-in standartları əsasında hazırlanmışdır.

Magistratura imtahan modelində həm cavab kartının, həm də ESSE (yazı işinin) - nin qrafik təsviri saytda dərc edilir. ESSE-nin qitmətləndirilməsi üçün xüsusi bir rəqəmsal sistem tətbiq edilmişdir. Bu sistem fiziki cavab vərəqləri ilə işləməyi tamamilə aradan qaldırır. Müəllimlər imtahan verənlərin işlərini smartfon, planşet və ya kompüter vasitəsilə istənilən yerdən sürətlə yoxlaya bilirlər. Bu, qiymətləndirmə prosesini daha çevik və vaxta qənaətli edir.

Blok

Blok imtahan modeli aşağıdakı əsas xüsusiyyətləri əhatə edir

Blok imtahan modeli DİM-in standartları əsasında, A3 formatında hazırlanmışdır.

Xüsusi onlayn platforma vasitəsilə müəllimlər şagirdin yazı işlərini istənilən yerdən (evdən, məktəbdən) smartfon, planşet və ya kompüter ilə asanlıqla yoxlaya bilirlər.

Şagirdlər yalnız düzgün cavabları deyil, həm də "yazı işləri" bölməsində öz yazı işlərini də görə bilirlər. Bu, onlara öz səhvlərini anlamaq və gələcək hazırlıq üçün dəyərli nəticələr çıxarmaq imkanı yaradır.

Ümumilikdə rəqəmsal sistem qiymətləndirmə prosesini sürətləndirir, müəllimlər üçün vaxt və məkan məhdudiyyəti aradan qaldırılır, həm müəllim, həm də şagird üçün qiymətləndirmə meyarları tam şəffafdır.

Vergi, Dövlət Qulluğu, MİQ və s.

Vergi, Dövlət Qulluğu, MİQ və digər imtahan modellərinin əsas xüsusiyyətləri

Vergi, Dövlət Qulluğu, MİQ, ALES, YÖS və s. adları çəkilməyən istənilən növ imtahanların yoxlanması prosesinin həyata keçirilməsi mümkündür.

Bu imtahan modellərindən istənilən biri üzrə təşkil edilən imtahanlarda şəffaflığın təmin edilməsi üçün, cavab kartlarının qrafik təsviri də saytda dərc edilir.

Monitorinq IV və VI sinif

Monitorinq imtahan modeli aşağıdakı əsas xüsusiyyətləri əhatə edir

Monitorinq imtahan modeli 2 formada (IV və VI sinif) olmaqla A4 formatında hazırlanmışdır.

Bu imtahan modellərindən istənilən biri üzrə təşkil edilən imtahanlarda şəffaflığın təmin edilməsi üçün, cavab kartlarının qrafik təsviri də saytda dərc edilir.

Monitorinq imtahanları üzrə böyük saylar olmasına baxmayaraq nəticələrin emalı maksimum qısa vaxtda həyata keçirilməkdədir.

Xidmətlərin qiymətləri

İmtahanların yoxlanması və çap xidmətlərimizin qiymətləri ilə aşağıdakı bölmədən tanış ola bilərsiniz

Tez-tez verilən suallar

Sizi maraqlandıran sualın cavabı burada ola bilər

Biz öz imtahanlarımızın sizin sitemlə yoxlanmasını təşkil edə bilərik?

Əlbətdə, bunun üçün təşkilatçı imtahandan bir neçə gün əvvəl bizə iştirakçı sayını bildirir, əvvəlcədən cavab kartı ilə təmin edilmə həyata keçirilir, daha sonra isə cavab kartı yoxlanılır və nəticələr sayta yüklənirlir.

İmtahanların yoxlanılması prosesi neçə müddət davam edir?

İmtahanlar 24-72 saat ərzində yoxlanılır və nəticələr sayta yüklənilir. Proses ərzində nəticə vərəqlərini özündə əks etdirən pdf faylı və statistik məlumatların cəm olduğu excel faylı sizə təqdim edilir.

Biz imtahan keçirmişik, bizim cavab kartlarının yoxlanması mümkündür?

Bu prosesin təşkili mümkün olada bilər olmayada. Prosesin baş tutması üçün imtahan keçirilən cavab kartı standartlara uyğun olmalıdır. Daha yaxşı və dəqiq nəticə üçün imtahandan öncə bizə müraciət edərək müvafiq cavab kartı əldə edə bilərsiniz

Şagird doğru yoxlama aparılmadığını iddia edərsə, cavab kartının şəklini əldə edə bilərikmi?

Hər bir şagirdin imtahan nəticəsi ilə yanaşı saytda cavab kartının qrafik təsviri də dərc edilir ki, hər kəs öz cavab kartındakı qeydləri ilə nəticə vərəqini müqayisə edə bilsin

Mən repetirotluq fəaliyyəti ilə məşğul oluram, 1 fənn üzrə yoxlama təşkil etmək mümkündürmü?

Bəli, istənilən 1 fənn üzrə cavab kartı modelinin hazırlanması mümkündür və normal imtahanlar kimi saytda həm nəticə vərəqi, həm də cavab kartının qrafik təsvirinin yerləşdirilməsi həyata keçirilir

Biz şagirdlərin ad və soyadlarını, həmçinin iş nömrələrini versək cavab kartlarını hazır kodlaşdırılmış şəkildə ala bilərikmi?

Bəli, bu prosesin təşkili mümkündür. Əlavə olaraq kitabçaların çapı da bizə həvalə edildiyi təqdirdə, kitabçaların üzərində də ad, soyad və digər məlumatların qeyd edilməsi mümkündür

Bizimlə əlaqə

Aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlayıb, sizi maraqlandıran sualları ünvanlaya bilərsiniz

Bizə zəng

+994 55 465 73 55

WhatsApp

+994 55 465 73 55

Yüklənir
Mesaj göndərilmədi
Mesaj uğurla göndərildi